Aşağı
GƏNC VƏ YARADICI AİLƏ ÜÇÜN MƏNZİL LAYİHƏSİ
[90 kv. m.] İnteryer dizaynı daş, ağac kimi təbii materialları, beton, metal və dekorativ suvaq kimi urbanizm üslubu elementlərini özündə birləşdirən ekoloji urbanizm üslubunda yerinə yetirilmişdir. Mətbəx fasadının naxışları qismində daş şpon və mətbəx arası şüşə panelinin metal səthini, dəhliz və yataq otağının divar naxışları qismində isə palıd ağacının tünd fakturasını seçmişik. Neytral işıqlı - boz rəngli interyer palitrası, ağac və daş təbii materiallarının təmtəraqlı teksturu üçün bir fon qismində çıxış edir. Layihə dizaynının işlənib hazırlanması, komplektasiya, layihəyə dizayner nəzarəti təqdim olunan xidmətlərə daxildir.