Aşağı
UĞURLU KİŞİLƏR ÜÇÜN MƏNZİL LAYİHƏSİ
[47kv. m.] Evin rahatlığı və iş atmosferini, kişi üslubunu və uğurun təsdiqini, güc, iradə və zəriflik ruhunun əks olunmasını özündə birləşdirən xüsusi mənzil-kabinetdir. Ev və iş kabinetinin funksionallığı və rahatlığını fərdi olaraq işlənib hazırlanan mebel eskizləri sayəsində təcəssüm etdirmək mümkün olmuşdur. Layihə dizaynının işlənib hazırlanması, komplektasiya, layihəyə dizayner nəzarəti təqdim olunan xidmətlərə daxildir.